Buktreyler Festvalının təqdimatı keçirilib FOTOLAR

24 Fevral 2016 11:20 (UTC+04:00)

AGAT nəzdində fəaliyyət göstərən Trames Kitab Klubunda Buktreyler Festivalının təqdimatı keçirilib. Klubun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nəzdində yeni fəaliyyətə başlayan Trames Kitab Klubu hər həftə üzvlərin görüşünü keçirir. Bu həftə Kitab Klubunun üzvləri üçün həftənin mövzusundan əlavə, Azərbaycanda ilk dəfə keçiriləcək Buktreyler Festivalının təqdimatı keçirilib və festival çərçivəsində çəkəcəkləri buktreylerlərin müzakirəsini ediblər. Tramesçilər bu təşəbbüsü dəstəkləyir və düşünürlər ki, festivalda iştirak etməklə onlar oxuduqları kitablarla digər oxucularda maraq yaratmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, hal-hazırda Festivalda iştirak etmək üçün buktreylerlərin qəbulu davam edir.