Türkiyədə yaşayan azərbaycanlı dizayner Rüfət İsmayıl "Proud to be azeri" (" Fərx edirəm ki, azərbaycanlıyam") adlı sport geyim kolleksiyasını təqdim edib. SİA-ya açıqlama verən dizayner uzun müddətdir bu layihənin üzərində çalışdığını bildirib:"Doğma Azərbaycanım üçün kolleksiya yaratmağı çoxdan düşünürdüm. Sport kolleksiyası həm kişi, həm də qadınlar üçün nəzərdə tutulub. Dəbi və keyfiyyəti sevənlər bu kolleksiyanı bəyənəcək. Sport geyimin üzərində olan Azərbaycan bayrağı və "Fərx edirəm ki, azərbaycanlıyam" yazısı sizing individuallığından, vətənə olan sevgi və fəxr hissini ifadə edəcək".
Qeyd edək ki, Türkiyədə yaşayan həmvətənlimiz 2014-cü ildə "Afffair" brendini yaradıb. Onun kolleksiyası İtaliya, İran, Türkiyə, BƏƏ və digər ölkələrdə həyata keçirilib.
.jpg)



