Rus Dram Teatrında yeni tamaşalar hazırlanır

23 Fevral 2016 14:27 (UTC+04:00)

Aprel ayında Səməd Vurğun adına Rus Dram Teatrında "Kazanova: sevgi dərsləri" tamaşasının premyerası olacaq. Teatrdan SİA-ya verilən məlumata görə, əsərin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir. Kazanova obrazını Rus Dram Teatrının səhnəsində ilk dəfə Azərbaycanın xalq artisti Fəxrəddin Manafov ifa edəcək. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Tamaşada xalq artisti Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev çıxış edəcək. Digər obrazları Rus Dram Teatrının aktyorları Murad Məmmədov, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov, Boris Brodskiy, Olqa Arsenteva, Tamilla Abutalıbova, Olesiya Qasımova, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Fatimə Əliyeva və Zümrüd Əliyeva ifa edəcək.

Teatrda həmçinin, yazıçı Elçinin "Artist" əsərinin məşqləri başlayıb. Əsərə teatrın rejissoru xalq artisti İranə Tağızadə quruluş verib. Hazırda məşqləri gedən tamaşanın premyerası mayda olacaq. Tamaşa Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinskinin həyatı və sənət yolundan bəhs edir.

Rus Dram Teatrının səhnəsində hazırlanan tamaşada baş rolu - Hüseyn Ərəblinski obrazını Firdovsi Atakişiyev canlandıracaq.

Yeni tamaşanın səhnə tərtibatını Mustafa Mustafayev, musiqi tərtibatını əməkdar mədəniyyət işçisi Vladimir Neverov hazırlayıb, geyim üzrə rəssam əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq üzrə rəssam isə Nikolay Rudıçevdir.

Tamaşada əsas rolları xalq artisti Yuri Baliyev, əməkdar artistlər Firdovsi Atakişiyev, Ayan Mir-Qasımova, Əsgər Rəhimov, Elmira Aslanova ifa edir.

Qeyd edək ki, digər obrazları Natəvan Hacıyeva, Teymur Rəhimov, Oleq Əmirbəyov, Murad Məmmədov, Aleksey Saprıkin, Elşad Murtuzov, Yaroslav Trifonov, Tamilla Abutalıbova, Yaqub Zeynalov, Nazim Cabbarov, Zaur İsgəndərov, Fərid Bəhramov, İbrahim Məmmədov, Boris Brodski, İosif Tkaç ifa edəcək.