"ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında nəzərdə tutulan görüşdə bir sıra məsələlər müzakirə olunacaq". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.
Deputatın sözlərinə görə, bu görüşdə çox güman ki, Rusiya Qərblə münasibətlərini yaxşılaşdırmağa çalışacaq: "İki əsas məsələnin – Orta Şərq və Ukrayna məsələsinin müzakirə edilməsi nəzərdə tutulur. Əgər bu istiqamətdə müəyyən razılıqlar əldə edilərsə, zənnimcə bu bölgələrdə gərginlik azala bilər. Beləcə, hər iki tərəf məsuliyyətli problemlərin həllinə yanaşa bilər. Yəni hazırda hansısa bir qarşıdurma ab-havası normal əməkdaşlıqla əvəzlənə bilər".