Neftin bugünkü qiyməti

23 Fevral 2016 09:32 (UTC+04:00)

Dünya bazarında neftin qiymətində dəyişiklik qeydə alınıb. SİA-nın xəbərinə görə, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,45 dollar ucuzlaşaraq 34,24 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 1,84 dollar bahalaşaraq 31,48 dollar təşkil edib.