Azərbaycan Memarlıq və İnşaat Universitetində həmin universitetin, Azərbaycan Məmarlıq və İnşaat Kollecinin və "Könüllülər kitabxana" İctimai Birliyininin birgə təşkilatçılığı ilə "Arzuya bax, sevgilim..." adında olməz Azərbaycan şairi Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə aparıb.
Xatirə gecəsinə dəvət olunmuş Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbərliyi adından Təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri M.Müşfiq və C.Cabbarlı mükafatı laureatı Sənan Talıbov və bölmə rəhbəri İrina Özçoban iştirak ediblər.
Tədbirdə Memarlıq və İnşaat Kollecinin direktoru dosent Namiq Ağaməliyev, xalq şairi Nəriman Həsənzadə, "Şöhrət" ordenli şairə Ofeliya Babayeva, şair Oqtay Rza, alim Firudin Qurbansoy çıxış edərək Müşfiq poeziyasının tükənməz çeşmə olduğunu bildirərək şairin bir birindən gözəl əsərlərini dinləndiriblər.
Daim repertuarlarda Mikayıl Müşfiqin sözlərinə yazılmış mahnılara yer verən Azərbaycan əməkdar artistləri Gülüstan Əliyeva, Mətanət İsgəndərli, Eyyub Yaqubov, Ədilə Əflaki tanınmış müğənnilər Kəmalə Rəhimli, Rəşad İlyasov, Kərim Abbasov, Vüsal Hacıyev bu gəcəyə rəng qatıblar.
Sonda Müşfiq irsini təbliğ etdiklərinə görə bir çox xadimlər təşkilatçılar tərəfindən fəxri fərmanlarla təltif olunublar.
Xatirə gecəsində "Lider" telekanalı tərəfindən səyyar çəkiliş aparılıb.