Bu gün R&B və pop müğənnisi Rihannanın doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, öz füsinkar səsi və gözəlliyi ilə insanların sevimlisinə çevrilən Rihannanın əsl adı Robyn Rihanna Fentydir. 1988-ci il fevralın 20-də Barbadosda dünyaya göz açan Rihannanın uşaqlığı da burada keçib. Atası Ronald Fenty və anası Monica Fenty də Barbadosda yaşayır. Rihannanın 2 özündən balaca Rorrey və Rajad adlı qardaşları var.
Təhsilinə Barbadosdakı "Charles F.Broome Memorial" ibtidai məktəbində başlayıb.15 yaşında "Combermere" adlı musiqi məktəbinə gedərək iki sinif yoldaşıyla birlikdə musiqi qrupu qurub.2003-cü ildə yoldaşları Rihannanın qrupunu həmin vaxt Barbadosda tətil edən musiqi prodüseri Evan Rogers'a tanıdıblar.
Evan Rogers qrupa səs testi etdikdən sonra "Rihanna bir dəqiqə mənimlə gəl, digər ikiniz gedə bilərsiniz" deyərək otağında Rihannadan Beyoncenin qurucusu olduğu "Destiny's Child" qrupunun "Emotion" və Mariah Carey'in "Hero" mahnısını dinləyib.
Bundan sonra prodüsser böyük partnyoru ilə Rihannaya ilk studiya yazımlarını həyata keçirməkdə kömək edib. ABŞ-da yazılan mahnı bir neçə musiqi şirkətinə göndərilib. Bu nüsxələrdən biri Jay-Z'ə də gəlib çıxıb və o, Rihannanı "Def Jam" şirkətinə qəbul edib. Lazımı sınaqlardan uğurla çıxan Rihanna şirkətlə müqavilə imzalayıb. Beləliklə, müğənninin həyatında sözün əsl mənasında dönüş baş verib.O, anası ilə birlikdə Barbadosdan ABŞ-a köçüb və çalışmalarını sürətləndirib.
Nəhayət, 2005-ci il 30 avqustda "Music of the Sun" adlı ilk albomunu pərəstikşarlarına təqdim edib. Sözügedən albom nəinki ABŞ-da, eyni zamanda Avropada da böyük rəğbətlə qarşılanıb. İlk mahnısı "Pon de Replay" olub. Həmin mahnı Billboard Hot 100-də 2-ci pilləyə qədər yüksəlib.
Bundan başqa çatlara başçılıq etməyə başlayan albom ABŞ və Kanada çartlarının "Top 10-luq"una da düşüb. Rihanna albom satışına görə rekord qıraraq Gwen Stefanini də qabaqlayıb. İlk 2 həftəyə 500 min nüsxə albom satan müğənninin ikinci mahnısı "If It's Lovin' That You Want" olub.
2006-cı ildə isə müğənni "A Girl Like Me" adını verdiyi ikinci albomunu çıxarıb. Bu albom sayəsində bir çox mükafat alıb və albomdakı "SOS" mahnısı "Billboard Hot 100"də birinci yerə qədər yüksəlib.
Sonraki il çıxartdığı "Good Girl Gone Bad" albomunda görünüş ve tərzini dəyişdirərək möhtəşəm bir çıxış edən Rihanna, özündən hər yerdə söz etdirməyi bacarıb. Albomdakı "Umbrella", "Shut Up and Drive", "Don't Stop the Music" məşhur Rihanna hitləri olub. Bunlardan "Umbrella" mahnısı ilə ilk Grammy Mükafatını qazanan Rihanna, "Entertainment Weekly" tərəfindən də "2008-in Divası" seçilib.