Müğənniyə "ikiüzlü" dedilər FOTOLAR

20 Fevral 2016 10:28 (UTC+04:00)

Müğənni Kənan Doğulu "İnstagram" səhifəsində Ankara terrorunu qınayaraq status paylaşıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, bu sözləri qeyd edib: "Kədərimiz böyük, hüznümüz dərindir... Ankarada itirdiklərimiz, Ankarada yarımçıq qalan həyatlar üçün... Allah rəhmət eləsin! Terroru qınayırıq".

Lakin Kənan gözləmədiyi münasibətlə qarşılaşıb. Belə ki, izləyicilər vaxtilə Beren Saatın paylaşımları və terrora dəstək olan partiyanı təbliğ etməsi səbəbindən K.Doğulunu "ikiüzlü" adlandırıblar.