Türkiyənin paytaxtı Ankaradakı qanlı terror aktının təşkilatçısı məlum olub. PKK terror təşkilatı ilə əlaqəli "Kürdüstan azadlıq şahinləri" (TAK) qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Onlar bunun Türkiyə hökumətinin cənub-şərqdə apardığı siyasətə qarşı cavab olduğunu bildirərək rəsmi Ankaranı yeni hücumlarla hədələyiblər.
Qeyd edək ki, fevralın 17-də Ankaranın mərkəzində törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.