"Dağlıq Qarabağdakı terror mərkəzinin arxasında Rusiya dayanır"

19 Fevral 2016 15:46 (UTC+04:00)

"Ermənistanın işğalı altında və nəzarətsiz zona hesab olunan Dağlıq Qarabağda keçirilən hərbi təlimlərə terrorçu təşkilatların cəlb edilməsinin arxasında Rusiya dayanır". Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Rusiya bütün terrorçu qüvvələri dəstəkləyir: "Torpaqlarımız işğaldan azad olunmayana qədər ermənilər tərəfindən bu kimi addımların atılması gözləniləndir. Ermənistan bu cür addımlarla Azərbaycana terrorçu qüvvələrlə əlbir olduqlarını göstərmək istəyir. Bununla bağlı ciddi reaksiyamız olmalı, terror qruplaşmalarının bölgəyə sığışmasına imkan verməməliyik. Ermənilərin Dağlıq Qarabağda terror mərkəzini formalaşdırması, bütövlükdə dünyanın problemidir. Mövcud durumun ağırlığı artıq Azərbaycana toxunmaq məcrasından çıxıb. Məhz bu baxımdan yalnız nəzarətsiz ərazilərin aradan qaldırılması və münaqişələrin ədalətli şəkildə həll olunması sözügedən problemin həllinə gətirib çıxara, reallaşan təhlükəni aradan qaldıra bilər".