Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
Qeyd edək ki, hərracda iştirak edən 11 bank tərəfindən məcmu tələb 23,850 milyon ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.