Davudoğlu: "Terrora görə 9 nəfər tutulub"

18 Fevral 2016 14:51 (UTC+04:00)

Ankarada baş vermiş terror aktını Suriyadakı kürd terror qruplaşması PYD-nin və onun silahlı qanadı YPG-nin üzvü, Haseke bölgəsindən olan Salih Necar adlı şəxs törədib". SİA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, terrorçuya Türkiyə daxilindəki PKK-çılar kömək edib: "Bütün terrorçular həbs edilərək cəzalandırılacaq. Artıq bu işlə əlaqədar 9 nəfər şübhəli şəxs qismində saxlanılıb. PYD və onun silahlı qolu YPG-nin terror təşkilatı olması ilə bağlı sübutları başqa dövlətlərə təqdim edəcəyik. Onlar da konkret mövqelərini ortaya qoysunlar".

Qeyd edək ki, Ankarada baş vermiş terror aktı nəticəsində 18 ölüb, 60-dan çox insan yaralanıb.