ÇL-in 1/8 finalında daha iki görüşü keçirilib

18 Fevral 2016 11:06 (UTC+04:00)

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki görüşü keçirilib. SİA-nın məlumatına görə, hər iki matçda qonaqlar sevinən tərəf olublar. Günün mərkəzi qarşılaşması İtaliya paytaxtında baş tutub. Madridin "Real" klubu Romanın eyniadlı komandasına Kristiano Ronaldonun və Jese Rodriqezin qolları ilə qalib gəlib - 2:0.

Digər matç isə Belçikada oynanılıb. Turnirin debütantı "Gent" öz meydanında Almaniyanın "Volfsburq" klubuna böyük hesabla uduzub (2:3).