"Hamı bilməlidir ki, Türkiyə leqal müdafiə hüququndan hər yerdə, hər zaman və hər vəziyyətdə istifadə edəcəkdir". Bu sözləri paytaxt Ankarada baş vermiş terror hadisəsini şərh edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, ölkə hüdudları daxilində və xaricində məruz qalınan hücumlara eyni formada cavab veriləcək: "Əxlaqi və insani heç bir hüdudu olmayan bu cür hücumları həyata keçirən "peşkalarla" və onların arxasında olan qüvvələrlə mübarizəmiz hər gün daha qərarlı şəkildə davam edəcək. Bu cür hadisələr; birliyimizə, bərabərliyimizə istiqamətlənmiş, ölkə hüdudlarının xaricində və daxilində baş vermiş hücumlara eyniylə qarşılıq vermək yönündə qərarlılığımızı qüvvətləndirir".
Bu cür terror hadisələrinin Türkiyəni hədəflərindən uzaqlaşdıra bilməyəcəyini deyən Ərdoğan: "Hamı bilməlidir ki, Türkiyə leqal müdafiə hüququndan hər yerdə, hər zaman və hər vəziyyətdə istifadə edəcəkdir. Terror təşkilatlarından istifadə edərək ölkəmizi hədəflərindən uzaqlaşdıra biləcəklərini fikirləşənlər səhv etdiklərini görəcəklər. Hər şəhidimiz və hər qazimiz, bu torpaqların əbədi vətənimiz olduğunun, bayrağımızın enməyəcəyinin, azanlarının susmayacağının, ölkəmizin bölünməyəcəyinin, dövlətimizin yıxılmayacağının sübutudur", deyib.
Prezident Ərdoğan terrorla mübarizədə uzun və acı təcrübələri olan Türkiyənin Allahın köməyi ilə bu hücumların da öhdəsindən gələcəyini vurğulayıb: "İstər son hadisələrdə, istər daha əvvəlki hücum və insidentlərdə verdiyimiz itkilər ürəyimizi yandırsa da mübarizə əzmimizi bülövləyir və bizi daha çox iş görməyə istiqamətləndirir".