Türkiyənin xarici işlər naziri BTQ-nin əhəmiyyətini vurğuladı

17 Fevral 2016 22:11 (UTC+04:00)

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi layihəsi bütün regionun iqtisadiyyatını canlandıracaq. SİA-nın "TRT Haber"ə istinadən verdiyi məlumata görə, bunu Gürcüstanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir Türkiyənin bu layihəyə xüsusi diqqət ayırdığını bildirib.

M.Çavuşoğlu BTQ dəmir yolunun tikintisinin cari ildə başa çatacağını qeyd edib.