"Krım heç vaxt Ukraynanın tərkibində olmayıb" İDDİA

17 Fevral 2016 08:38 (UTC+04:00)

"Kiyev gec ya da tez Krımın Rusiyaya mənsub olması faktını tanıyacaq". SİA-nın məlumatına görə,bu sözləri Ukraynanın sabiq baş naziri Nikolay Azarov "Kommersant" qəzetinə müsahibəsində deyib.

"Əlbəttə ki, tanıyacaqlar, başqa yolları da yoxdur. Yarımadanın 1954-cü ildə ümumi dövlət çərçivəsindəki administrativ qaydada verilməsini çıxmaq şərti ilə Krım heç vaxt Ukraynanın tərkibində olmayıb"-deyə eks-baş nazir bildirib. Onun sözlərinə görə, Qərb hələlik bunu etiraf etmək istəmir: "Eləcə də bundan sonra bir müddət Krımın Rusiyaya məxsusluğunu tanımayacaq. Lakin bu amil Ukrayna rəhbərliyi üçün nə qədər ağrılı olsa belə, reallığı məhz reallıq kimi də qəbul etmək lazımdır", Azarov deyib.

Azarov bununla bağlı daha bir misal gətirib. Sitat: "Kalininqrad, yaxud Keniqsberq nə vaxtsa Prussiya dövlətinin paytaxtı olub. ancaq bu gün almaniya rəyhbərliyindəki adamlardan birinin də ağlına gəlməz ki, Kalininqradın yenidən Kenisberq olması üçün Rusiya onu geri qaytarılmalıdır. Eləcə də Krım məsələsində də bu cürdür. Gələcəkdə kimsənin ağlına gəlməyəcək ki, Krım geri qaytarılsın".

Sabiq baş nazir xatırladıb ki, Ukrayna ilə Rusiya arasında əvvəl-axır sərhədlərin demarkasiyası istiqamətində razılaşma əldə olunmalıdır: "Biz hələ də müəyyənləşdirlməmiş sərhədlərdə yaşayırıq. Zamanında mən bu məsələ ilə bağlı çox məşğul olmuşam, kompromis yollar axtarmışam. Yəqin ki, Ukrayna hökumətinin istənilən düşüncəli rəhbərliyi bununla bağlı yenidən məşğul olacaq. Bx onda Krım məsələsini yenidən gündəmə gətirmək olar".

Xatırladaq ki, Krım yarımadası 2014-cü ilin 16 martında keçirilən referendumdan sonra Rusiyanın tərkibinə keçib. Ukrayna dövləti isə referendumun nəticələrini tanımadığını bəyan edib və oranı işğal olunmuş ərazi kimi göstərir. Eyni zamanda ABŞ, Aİ, Yaponiya və digəər bir çox dövlətlər Krımın Rusiya Federasiyasına birləşdirilməsini anneksiya adlandırır.

Rövşən Nurəddinoğlu