PSJ və "Benfika" qalib gəldi

17 Fevral 2016 07:42 (UTC+04:00)

Çempionlar Liqasında fasilə başa çatıb. Turnirin 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

İlk oyun günündə iki qarşılaşma baş tutub. Fransada PSJ İngiltərə təmsilçisi "Çelsi"ni qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Digər oyunda isə "Benfika" evdə "Zenit"i məğlub edib - 1:0.

1/8 final mərhələsinin digər iki oyunu bu gün keçiriləcək.

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. PSJ (Fransa) – "Çelsi" (İngiltərə) - 2:1
Qol: İbrahimoviç, 39 (1:0), Obi Migel, 45+1 (1:1), Kavani, 78 (2:1)

23:45. "Benfika" (Portuqaliya) – "Zenit" (Rusiya) - 1:0
Qol: Jonas, 90+1-pen.
Qırmızı vərəqə: Kriskito, 90 ("Zenit")

17 fevral

23:45. "Roma" (İtaliya) - "Real" (Madrid, İspaniya)

23:45. "Gent" (Belçika) - "Volfsburq" (Almaniya)