Aynur Hacıyeva "Sevgililər günü" münasibəti ilə əyləncə məkanlarının birində Niyam Salaminin konsertini təşkil edib. SİA-nın verdiyi xəbərə görə, ötən gün Niyam üçün əlamətdar olub. Bu barədə Aynur xanım danışıb: "Bu, Niyam Salami üçün təşkil etdiyimiz növbəti konsert idi. Həmin gün Niyamın doğum gününü keçirdik, həm də "Sevgililər günü"nü qeyd etdik. Gecəyə müğənni Elnarə Xəlilova həyat yoldaşı Rövşənlə, Elton Hüseynəliyev, Yaşar Cəlilov, İzzət Bağırov da qatıldı. Konsert zamanı maraqlı anlar yaşandı. Belə ki, qonaqlar arasında oyun təşkil olundu və qaliblərimizə hədiyyələr təqdim edildi. Eyni zamanda, Elton konserti dinləməyə gəlsə də Niyamla duet oxudu. Daha sonra Niyam Leyla Babayeva ilə Flora Kərimovanın repertuarından mahnı səsləndirdilər".
Gecədən olan fotoları təqdim edirik:




.jpg)









.jpg)




.jpg)