Yevlaxda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonu, Ərəş kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 30 kv.m sahədə və içərisinə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.