Yeni Zelandiyada 5,8 bal gücündə zəlzələ olub

14 Fevral 2016 14:02 (UTC+04:00)

Yeni Zelandiyanın böyük şəhərlərindən olan Kraysterçdə 5,8 bal gücündə zəlzələ baş verib. Xarici KİV xəbər verir ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Yeraltı təkanlar Kraysterç şəhərindən 17 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.