Sahibkarlarımız Hindistanda beynəlxalq sərgiyə dəvət alıblar

14 Fevral 2016 12:25 (UTC+04:00)

Aprelin 20-də Hindistanın paytaxtı Nyu-Dehlidə 2-ci Beynəlxalq xidmətlər sərgisi təşkil olunacaq. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) SİA-ya bildiriblər ki, sərgi Hindistanın Ticarət və Sənaye Nazirliyinin, Xidmətlərin İxracı Təşviqi Şurası və Hindistan Sənaye Konfederasiyasının təşkilatçılığı ilə baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunurlar.