Türkiyə Suriyadakı PKK mövqelərini atəşə tutub

14 Fevral 2016 09:20 (UTC+04:00)

Türkiyə ərazisi Kürd Fəhlə Partiyasının (PKK) Suriya qolu olan PYD tərəfindən atəşə məruz qalıb. SİA-nın verdiyi xəbərə görə buna qarşılıq olaraq Türkiyə Silahlı Qüvvələri PYD-nin mövqelərini toplardan atəşə tutub.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu yaranmış vəziyyətlə bağlı televiziya vasitəsilə ətraflı məlumat verib. Baş nazir bildirib ki, PYD terror təşkilatıdır və onun kürd xalqına heç bir aidiyyəti yoxdur.