"TÜRKSOY"un təşkilatçılığı ilə Serbiya, Bosniya və Herseqovinada "Sarayevo qışı" adlı beynəlxalq musiqi festivalına start veriləcək.
Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fevralın 19-da baş tutacaq festival iki gün davam edəcək. Konsertdə bir sıra türkdilli dövlətlərin vokal ifaçıları Sareyevo və Belqrad şəhərlərində çıxış edəcəklər. Festivalda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Çinarə Şirin K.Sen-Sansın "Samsun və Dalila" operasından Dalilanın ariyasını, J.Bizenin "Karmen" operasından Xabaneranı, eyni zamanda "Sevil" operasından Dilbərin ariyasını və Niyazinin "Arzu" romansını ifa edəcək.
Qeyd edək ki, 2010-cu ildən Opera və Balet Teatrında çalışan Çinarə Şirin repertuarda olan bir sıra tamaşalarda – "Aida" (Aida), "Toska" (Toska), "Karmen" (Karmen), "Payatsı" (Nedda), "Sevil" (Dilbər) və s. aparıcı partiyaları ifa edib.