Həftəyə cüzi ucuzlaşma ilə başlayan neft qiymətlərində qalxma müşahidə olunur. Məlumata görə, dünya bazarlarında ötən gün 31.36 dollar olan "Brent"markalı neft bir qədər bahalaşaraq 33.08 dollara çatıb.
"WTI" markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. Ötən gün 27.46 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 29.45 dollar təşkil edir. "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 1,02 dollar ucuzlaşaraq 30,43 dollar təşkil edib.