Prezident "Kaspersky Lab" şirkətinin sahibi və icraçı direktoru ilə görüşdü FOTO

12 Fevral 2016 22:17 (UTC+04:00)

Fevralın 12-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Kaspersky Lab" şirkətinin sahibi və icraçı direktoru Yevgeni Kasperski ilə görüşü olub. SİA xəbər verir ki, görüşdə "Kaspersky Lab" şirkətinin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olundu. Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi.

Kibercinayətkarlığa qarşı mübarizə sahəsində və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.