SOCAR-ın Türkiyədəki şirkəti 30 illik lisenziya aldı

11 Fevral 2016 19:03 (UTC+04:00)

SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkey LNG Satış A.Ş."yə sıxılmış təbii qazın - STQ (CNG - Compressed Natural Gas) satışına dair 30 illik lisenziya verilib. SİA-nın məlumatına görə, bu barədə Türkiyənin "Resmi Gazete"də dərc olunan elanda məlumat verilir.

Şirkət həmin lisenziyanı Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatından (EPDK) alıb.