Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının fevralın 11-nə rəsmi məzənnəsini 1,5745 USD/AZN müəyyən edib. Bu, gündəlik 0,55% artım deməkdir. AMB-dən SİA-ya verilən xəbərə görə, bu gün rəsmi məzənnə 1,5659 USD/AZN səviyyəsində olub.