Heydər Əliyev Sarayında "Hər biriniz bir çiçək" adlı uşaqlar üçün konsert proqramı keçiriləcək. Sarayın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fevralın 21-də baş tutacaq konsertdə uşaqları "Aysel", "Zirvə", "İstedad", "Azəri inciləri" və "Renessans" kollektivlərinin iştirakı ilə rəngarəng rəqslər, çıxışlar gözləyir.
Qeyd edək ki, konsertin biletlərini şəhərin kassalarından əldə etmək olar.