Əbülfəs Qarayev vətəndaşları qəbul edib FOTOLAR

11 Fevral 2016 10:30 (UTC+04:00)

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev nazirliyə müraciət etmiş vətəndaşları qəbul edib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirlikdə belə qəbullar mütəmadi olaraq həyata keçirilir və vətəndaşların şikayətləri, fikirləri dinlənilir. Qəbul zamanı bir sıra müraciətlər səsləndirilib, xahiş və təkliflərə baxılaraq həll olunması üçün aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Qeyd edək ki, yeni ev muzeyinin yaradılması, yeni kitabların nəşr olunması, bir sıra tarix və mədəniyyət abidələrinin bərpası və müvafiq işlə təmin olunma kimi məsələlər vətəndaşlar tərəfindən xüsusi vurğulanıb.