Türkiyəli aktyor Burak Özçivit Bakıya gəlib. SİA-nın verdiyi xəbərə görə, aktyor rol aldığı "Kardeşim benim" filminin qala gecəsində iştirak edəcək. Burak Özçivitlə birlikdə aktrisa Aslı Enver də şəhərimizin qonağıdır. Filmin digər baş rol ifaçısı Murad Boz isə qala gecəyə qatılmayacaq. İfaçı bir müddət əvvəl açıqlama verərək buna işlərinin çoxluğunun səbəb olduğunu deyib.
Qeyd edək ki, tədbir bu gün saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.
