Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Bu barədə SİA-ya açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.
Baş həkimin sözlərinə görə, gündəlik rəqəmlərə nəzər yetirsək, bu il stansiyaya edilən çağırışların daha çox olduğunu görmək mümkündür: "Belə ki, ötən il gündəlik çağırışlar 2000-ə qədər idisə, bu il bu rəqəm 2000-2200 arasında dəyişir. Çağırışların ümumi tərkib sayında respirator xəstəliklərin rəqəmlərinin təsiri çox böyük deyil. Belə ki, sutka ərzində respirator müraciətlər 200-300 çağırış arası dəyişir. Edilən çağırışların 60 faizi əslində bizə aid olmayanlardır. Elə hallar var ki, o zaman insanlar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına deyil, poliklinikalara müraciət etməlidirlər".