Mərkəzi Bank növbəti valyuta hərracını keçirib

10 Fevral 2016 12:23 (UTC+04:00)

Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda yalnız 1 bank 10 milyon ABŞ dolları tələbi ilə iştirak edib.

Qeyd edək ki, sifariş tam həcmdə təmin olunub.