Neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar dünya üzrə 250 min neftçi işsiz qala bilər. SİA-nın Rusiyanın "ITAR TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Venezuelanın PDVSA şirkətinin strategiya üzrə direktoru Serhio Antonio Tovar proqnoz verib.
O bildirib ki, neftin qiymətinin aşağı səviyyədə olması sahəyə olan əsaslı qoyuluşların azalmasına və işçilərin ixtisarına gətirib çıxaracaq: "Neft sahəsində çalışan 250 min, hətta daha çox insan iş yerini itirəcək".
Tovarın sözlərinə görə, neftin aşağı qiymətlər dövrü çox davam etməyəcək və qara qızıla tələb-təklif balansının bərpasından sonra başa çatacaq.