Cəlilabad ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, fevralın 9-da saat 01 radələrində Cəlilabad şəhərində Masallı rayon sakini Xəyal Abıyev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı ağaca vurub. X.Abıyev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Daha bir yol-nəqliyyat hadisəsi fevralın 8-də saat 08 radələrində Quba rayonunda baş verib. Nügədi Qazmalar kəndində, Sumqayıt şəhər sakini Arzuman Ağayev idarə etdiyi "Ford" markalı avtomobili aşırıb. Nəticədə A.Ağayevin sərnişini, qardaşı Anar hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Hər iki hadisə BDYPİ tərəfindən araşdırılır.