Polisi oğurluq edən bir qrup şəxsi saxlayıb

1 Yanvar 2005 00:00 (UTC+04:00)

Bakıda mühafizə polisi oğurluq edən bir qrup şəxsi saxlayıb. Aralarında qadın da olan 4 nəfəri Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşları hadisə yerində yaxalayib və istintaqa təhvil veriblər.

Bağ evindən mühafizə polisinə ''həyacan'' siqnalı daxil olub ki, naməlum şəxslər mənzilə girib. Dərhal hadisə yerinə yollanan polis həmin şəxsləri saxlayıb. Hadisə paytaxtın Binəqədi rayonu Goradil qəsəbəsində Elmira Ağayevaya məxsus bağ evində olub.

Hadisə yerində zərərsizləşdirilən şəxslər əvvəllər məhkum edilmiş Mirhəşim Seyidov və Qubad İbadov rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilib. Polis idarəsindən onların üzərindən silah qismində bıçaq və narkotik maddə aşkar edilib.

Rayonun 6-cı mikrarayonda mühafizə polisi tərəfindən qorunan mağazaya daxil olan Kərim Məmmədov da ''həyacan'' siqnalı vasitəsi ilə saxlanılıb. O, siqnalzasiya işə düşən kimi qaçıb.

Dindirmə zamanı Kərim Məmmədov Nəsimi rayon ərazisində də bir marketədən oğurluq etdiyini deyib.

Rayon mühafizə idarəsi əməkdaşlarının keçirdiyi növbəti tədbir nəticəsində vətəndaşın xüsusi vasitələrlə qorunan mənzilindən oğurluq edilməsinin də qarşısı vaxtında alınıb. 6-cı mikrorayon ərazisində yerləşən mənzillərin birindən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan ''həyəcan'' siqnalı yoxlanılan zaman, oğurluq məqsədi ilə həmin evə daxil olan Sumqayıt sakini Əfsanə Muxtarova saxlanılaraq ərazi üzrə 7-ci Polis Bölməsinə təhvil verilib.