Kaspi Təhsil Mərkəzindən yeni təşəbbüs

8 Fevral 2016 23:33 (UTC+04:00)

İlk dəfə 3-cü sinifdən 8-ci sinifə qədər şagirdlər üçün də sınaq imtahanı keçiriləcək. Kaspi Təhsil Mərkəzinin təşkil etdiyi imtahanların keçirilməsində əsas məqsəd bu yaş qrupuna aid olan məktəblilərin biliklərinin qiymətləndirilməsi ilə yanaşı, həm də onlarda imtahan təcrübəsi formalaşdırmaqdır.Kaspi Təhsil Şirkəti ilk dəfə 3-8 sinif şagirdləri arasında sınaq imtahanı keçirəcək. İlk imtahan fevralın 14 də keçiriləcək və birinci yarımil üzrə tədris proqramını əhatə edəcək.

Sınaq imtahanlarında siniflər və fənlər nəzərə alınmaqla sualların sayı və imtahan müddəti fərqlidir. Belə ki, siniflərə görə sualların sayı və imtahan müddəti artır.

Sınaq imtahanına qeydiyyat Kaspi Təhsil Şirkətinin filiallarında və nümayəndəliklərində aparılır. İmtahanları Bakı ilə yanaşı Gəncə və Sumqayıt şəhərlərində bir çox rayonlarda bu imtahanlar təşkil olunacaq.

Növbəti sınaq imtahanları aprelin 10 və iyunun 5-də keçiriləcək. İmtahanlarda yaxşı nəticə göstərən şagirdləer serfifikatla təltif olunacaq.Bu sertifikat isə Kaspi Təhsil Mərkəzində mövcud xidmətlərdən güzəştli şəkildə yararlanmağa imkan verəcək .