Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində beynəlxalq multikulturalizm qış məktəbi təşkil olunacaq.
Muzeydən SİA-ya verilən məlumata görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə ayrı-ayrı xarici ölkələrdən olan mütəxəssis və tələbələrə müxtəlif mövzularda mühazirələr oxunacaq.
Qonaqlar, həmçinin muzeyin eksponatları ilə yaxından tanış olacaqlar.