Yəqin ki, çoxları "Sehrli güzgü" nağılını xatırlamış olar. Həmin nağılda bir şahzadənin danışan sehrlu aynası varmış. Şahzadə o qədər təkəbbürlü və eqoist şəxs olur ki, tez-tez həmin aynanı çıxararıb ona baxarmış və sonra da soruşarmış:
- Aynam-aynam, de görüm bu dünyada məndən gözəli, məndən qəşəngi varmı?
Ayna isə cavabında:
- Bu dünyada səndən gözəli, səndən ağıllısı və qəşəngi yoxdur.
Və beləcə, günlər, aylar keçir. Şahzadə növbəti dəfə həmin sulaı aynaya verdiyi zaman güzgü deyir ki, filan yerdə səndən gözəli və səndən ağıllısı var. Məhz bundan sonra nağılın kulminasiya nöqtəsi başlayır. Şahzadənin gözəlliyi onun qəzəbi, kini və çirkinliyi ilə əvəzlənir. Beləliklə, o aynanı yerə çıxrparaq sındırır və nökərlərinə özündən gözəlin kim olmasını tapıb öldürməyi əmr edir…
Müxalifətin demək olar ki, bütün cinahları Cəbhə sədri adını mənimsəmiş, hətta qəsb etmiş Əli Kərimliyə bu timsalda ittiham ediblər
Bu arada, Əli Kərimlinin AXCP-nə alternativ AXCP yaradan Razi Nurullayev vaxtilə müavini olduğu Kərimlini növbəti dəfə ittiham atəşinə tutub. Deyib ki, bu şəxsin əsas məqsədi ümummüxalifət düşərgəsini hansı çirkin yolla olursa-olsun inhisara almaqdan ibarətdir. Nurullayevin açıqlamasından bir sitata nəzər salaq: "Müxalifətçilik inhisara alına bilməz. Müxalifətçilik etməyin düsturu və meyarları da qanunla müəyyən edilmir. Hər kəsin, hər təşkilatın fərqli yanaşmasının olması mümkündür. Bir təşkilat mitinqin tərəfdarı, o biri əleyhdarı olursa, sonuncunu satqın elan etmək savadsızlıq və səbatsızlıqdır".
Göründüyü kimi, Razi Nurullayevin Əli Kərimli haqqında irəli sürdüyü sözügedən fikirlər ilk dəfə deyil ki, səslənir. Müxalifətin demək olar ki, bütün cinahları Cəbhə sədri adını mənimsəmiş, hətta qəsb etmiş Əli Kərimliyə bu timsalda ittiham ediblər. Lakin uzun illərdir ki, ona qarşı irəli sürülən ədalətli tənqidlər, haqlı ittihamlar səmərə vermir. Hələ bu azmış kimi, Əli Kərimli öz "siyasi çəkisini" saxalamaqdan ötrü sosial şəbələrdə, eləcə də bilavasitə nəzarətində olan "Azadlıq" qəzetində necə deyərlər, onu ittiham edənlərə artıq gəlir, özündən "təmiz", "vicdanlı" şəxsin olmadığını söydürdüyü qulbeçələri sayəsində "sübut" etməyə çalışır. Amma…
Çoxları bildi ki, Əli Kərimli ümumiyyətlə, Vətənin dar günlərində əlinə silah alıb düşmənə qarşı mübarizə aparmayıb
Amma və lakin, onun bu cəhdləri puça çıxır. Çünki ona qarşı irəli sürülən real, həqiqəti əks etdirən ittihamlar istər iqtidar cəbhəsindən, istərsə də müxalifət cəbhəsindən tükənmir. Misal üçün, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini bugünlərdə bəlkəd də cəmiyyətə bəlli olmayan çoxsaylı faktlarla çıxış etdi və Kərimlinin daxilindəki bütün idbarlıqları bütün çılpaqlığı ilə ortaya qoymuş oldu. Çoxları bildi ki, Əli Kərimli ümumiyyətlə, Vətənin dar günlərində əlinə silah alıb düşmənə qarşı mübarizə aparmayıb, Əli Kərimli maddi, mənəvi mənfəət qazanmaqdan ötrü bütün dövrlərdə separat danışıqlara gedib, Əli Kərimli hakimiyyətə yiyələnmək üçün hətta şeytanla belə, əməkdaşlığa gecəyini (!!!-R.N.) açıq aydın etiraf edib.
Razi Nurullayev: "Cibində ayna gəzdirib tez-tez camalına baxmaq xəstəlik əlamətidir"
Yeri gəlmişkən, alternativ AXCP-nin sədri Razi Nurullayev son günlər müxalifətin loyal cinahında baş tutan görüşlərə Əli Kərimli tərəfindən göstərilən qısqanclığa tutarlı cavab verib. Sitat: "Əslində, təşkilatların təmərküzləşməsi, inteqrasiya etməsi, bu və ya digər məsələlər ətrafında müzakirə açması, proqram hazırlaması çox yaxşı haldır. Oturub gözləməkdənsə, dərvişi-libas olub tənqidi şeir deməkdənsə, özündən başqa kimsəni bəyənməməkdənsə, digərlərinə don biçməkdənsə, çaba göstərib nələrsə etmək daha yaxşıdır. Bu gün müxalifətdə kimin birinci, kimin ikinci, kimin üçüncü, kimin güclü, kimin zəif olduğunu müzakirə etmək, kimin həqiqi, kimin yalan olduğunu bəyan etmək natamamlıq kompleksidir. İşləmək və nəticə göstərmək tələb olunur".
Daha bir sitat: "Həyatını sərt tənqidlərə həsr etmək, rəngləri görməkdən imtina etmək, özündən başqa heç kimi görməmək, özünə vurulmaq, cibində ayna gəzdirib tez-tez camalına baxmaq xəstəlik əlamətidir".
Ancaq Razi Nurullayevin Əli Kərimli haqqında dedikləri son ifadələri lap yerinə düşüb. Məsələn, kimsəyə sirr deyil ki, müxalifətin əsas məqsədi iqtidara gəlməkdir. Ancaq müxalifət radikalizm, dağıdıcılıq, dövlətçiliyə qarşı çıxış edərsə, iqtidar bu cür müxalifəti müxalifət kimi deyil, daxili düşşmən kimi siyasi arenadan çıxdaş etməlidir. Bu gün Əli Kərimlinin çıxdaş olunması vaxtının çatdığını yəqin ki, çoxları təsdiq edər. Özü də bu dəfə Əli Kərimli amilini çıxdaş edən yalnız iqtidar deyil, elə müxalifətin özü olacaq. Razi Nurullayevdə bunu istisna etməyib. Özü də çox maraqlı məntiqlə: "Qəhrəmanlıq tənqid etməklə olmur. Bir boksçu böyük-böyük danışa-danışa, "kəsəcəm", "öldürəcəm", "dağıdacam", "çənəsini sındıracam" deyə-deyə, lopa-lopa sağına-soluna tüpürə-tüpürə rinqə çıxır. Təvəzökar görünən rəqibi isə bir zərbə ilə onu nokauta salır. Bu gün özündən razıları, elə o bəyənmədikləri və gücünə inanmadıqları kəslər komaya salacaqlar".
Yəni Əli Kərimlini elə onun xəyanətkar adlandırdığı müxalifət yol salacaq. Artıq bunun vaxtı çatıb, özü də çoxdan…