“Mahmud və Məryəm” romanı Türkiyədə yenidən çap olunub

8 Fevral 2016 12:03 (UTC+04:00)

Xalq Yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı Türkiyənin "Ötüken" nəşriyyatı yenidən çap olunub. SİA-nın verdiyi xəbərə görə, görkəmli türk ədəbiyyatşünası, professor Əli Duymazın tərcümə etdiyi əsər Türkiyədə müxtəlif nəşriyyatlar tərəfindən dəfələrlə nəşr edilib, səhnələşdirilib. Roman əsasında qardaş respublika ilə Azərbaycanın ilk müştərək filmi çəkilib və bir çox ölkələrdə müvəffəqiyyətlə nümayiş olunub. Filmlə bərabər, üç seriyalı televiziya filmi də hazırlanıb. Kitabda həmçinin yazıçı Elçinin yaradıcılığı haqqında geniş "Ön söz" yazılıb.

Qeyd edək ki, "Mahmud və Məryəm" yazıçının Türkiyədə nəşr olunmuş sayca iyirmi beşinci kitabıdır.