“Üçlüyün vasitəçilik etməyə mənəvi haqqı yoxdur” MÜNASİBƏT

6 Fevral 2016 13:51 (UTC+04:00)

"ATƏT-in Minsk qrupu həmsədlərinin vasitəçilik etməyə artıq mənəvi haqqı yoxdur". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, həmsədrlərin regiona növbəti dəfə gəlişi başadüşülən deyil: "Minsk qrupu turistləri regiona niyə gəlirlər anlamıram. Əgər münaqişə tərəflərindən birində, özü də işğalla üzləşən tərəfdə onlara heç bir inam qalmayıbsa, əksər hərkətləri anlaşılmazlıq, narazılıq və hətta qəzəb doğurursa, demək, bu institut özünü doğrultmur. Üçlüyün artıq vasitəçilik etməyə mənəvi haqqı yoxdur".