Dərslik dəstləri müzakirə edilir

6 Fevral 2016 12:24 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) keçirilən elmi-metodik seminarlarda yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış, ümumtəhsil məktəblərinin VIII sinfində istifadədə olan "Təsviri incəsənət", "İngilis dili", "Azərbaycan dili", "Kimya", "Fizika", "Biologiya", "Azərbaycan tarixi", "Coğrafiya" və "Riyaziyyat" dərslik dəstlərinin müzakirələri davam etdirilib.

TQDK-dan SİA-ya verilən xəbərə görə, seminarlarda dərslik dəstləri məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodik uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə olunub.

Seminarlar "Dərslik portalı"nda (http://derslik.edu.az/) canlı yayımlanıb.

Dərslik dəstlərinin müzakirələri davam etdiriləcək.