"Ümumiyyətlə zaman-zaman istər müxalifətin "anti-böhran koalisiya"sı və yaxud da müxalifətin yeni birliyi deyilən ifadələr işlədilib". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) humanitar məsələlər üzrə katibi Vaqif Abışov deyib.
Onun sözlərinə görə, hər halda bu, müxalifətin öz işidir: "Onlar sadəcə olaraq gündəmdə qalmaq və nüfuzdan düşməmək üçün bu cür addımlar atırlar. Vaxtilə Eldəniz Quliyevin özü də bu dəstədə, birlikdə olub və müəyyən qədər onlarla birgə siyasi mübarizə meydanında həmrəylik göstərib. Hazırda isə onun müxalifətin "anti-böhran koalisiya"sını məsxərəyə qoyması görünür müxalifətin daxilini yaxşı bildiyindən irəli gəlir. Heç şübhəsiz ki, bu kolasiyanın heç bir təsiri və effekti olmayacaq".