Avropa Parlamenti dünən yeni qərar qəbul edib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, parlament qərarında İŞİD terror təşkilatının Suriya və İraqda dini azlıqlara qarşı tətbiq etdiyi qətl aktlarını soyqırımı kimi tanıyıb.
Qərar Fransanın Strasburq şəhərində, Avropa Parlamentinin ümumi iclasında qəbul olunub. Qərarda İŞİD-in Suriya və İraqda xristianlara, Yezidilərə və digər etnik, dini azlıqlara qarşı tətbiq etdiyi qətl aktı soyqırımı adlandırılıb.
Avropa Parlamenti bu qərar ilə tarixdə ilk dəfə bir döyüşdə baş verən qətl aktlarını soyqırımı olaraq tanıyıb.