Avropalılar Tehrana uçur

5 Fevral 2016 05:32 (UTC+04:00)

London-Tehran birbaşa uçuşları iyuldan bərpa olunacaq. Daha öncə "Air France-KLM" Tehrana uçuşları bərpa etdiyini təsdiqləyib. Xatırladaq ki, yanvarda Tehrana beynəlxalq sanksiyalar qaldırılıb. Ötən il iyulda isə İran dünya gücləri ilə nüvə sazişi imzalayıb. Bundan sonra ölkəyə xarici investisiya axınının güclənəcəyinə ümidlər artıb. Ötən həftə prezident Həsən Ruhani Avropaya səfər edib.

İran Qərbin təyyarə istehsalçıları üçün də cəlbedicidir. Ötən həftə Tehran 27 milyard dollara 118 Airbus təyyarəsi almağa razılaşıb.