Aktyor sevgilisinə üzük almaq üçün qızıl mağazasını bağlatdırdı FOTO

4 Fevral 2016 10:53 (UTC+04:00)

Aktrisa Sinem Kobal və aktyor sevgilisi Kənan İmirzalıoğlu üzük almaq üçün getdikləri brilliant mağazasında jurnalistlərin hədəfinə çevriliblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, mayın 21-də ailə quracaqları xəbəri yayılan cütlük mağazaya girdikdən sonra məkanın qapıları bağladılıb. Bir saat bağlı qalan qapılardan çıxan ikili jurnalistlərin suallarına da cavab veriblər. Onlar "doğum günü üçün alınan üzükdür, evliliklə əlaqəsi yoxdur" deyiblər. Sonda Kənan jurnalistlərə toy yerinin Cunda adası deyil, Böyük ada olduğunu söyləyərək gülüb.