Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatı dəstəyi ilə "İntellektual bilik yarışması" adlı layihə başa çatıb. SİA xəbər verir ki, layihə rəhbəri Orxan Əjdərovun bildirdiyinə görə, layihənin məqsədi gənclər arasında bilik yarışmasınını keçirilməsi, onların dünya görüşünün artırılması və praktik biliklərinin inkişaf etdirilməsinə yönəlib.
Tədbirdə iştirak edən tələbələr komanda şəkilində yarışlara qatılıblar. Üç gün davam edən yarışda 100 yaxın tələbələr müxtəlif komandalarda yarışıblar. BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələrindən ibarət komanda birinci yerə layiq görülüb. Onlara xatirə hədiyyəsi və müvafiq sertifikatlar təqdim edilibdir.

