Güləş Federasiyasına yeni baş katib təyin olunub

3 Fevral 2016 21:38 (UTC+04:00)

Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun əmri ilə federasiyanın baş katibi Əjdər Cəfərov vəzifəsindən azad edilib. Federasiya prezidentinin əmrinə əsasən, Rəşad Əli-Zadə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Rəşad Əli-Zadə bundan əvvəl Azərbaycan Otüstü Xokkey Federasiyasında çalışıb.