"Ermənistanda olan terrorçuların əraziləri işğal etmək üçün snayper və atıcı silahları pulsuz və haradan əldə etməsi hamıya məlumdur". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, rəsmi İrəvan diqqəti yayındırmaq üçün erməni lobbi qrupları tərəfindən yanlış məlumatlar yayırlar: "Ermənistanı kimin silahlandırması və Azərbaycan ərazilərini kimin işğal etməsi hər kəsə məlumdur".
Heç kimə sirr deyil ki, Ermənistanda əhalinin gizlədilməsi üçün də ayrıca istehkamlar quraşdırılıb: "Əslində bu, əhalini qorumaq üçün deyil, əksinə külli miqdarda qeyri-qanuni verilmiş silahların gizlədilməsi üçündür. Çünki hazırda bütün beynəlxalq sazişlər Ermənistan tərəfindən pozulub və böyük həcmdə olan qanunsuz silahlar Dağlıq Qarabağda yerləşdirilib".