Məhşurlardan “Oskar”a sərt münasibət FOTOLAR

3 Fevral 2016 12:21 (UTC+04:00)

Son illərdə "Oskar"a namizəd olanların arasında qara dərili aktrisaların yer almamasına məhşur Hollivud xanımları sərt cavab verib. SİA-nın hurriyyet.com-a istinadən verdiyi xəbərə görə, fərqli etnik qruplardan olan aktrisalar etiraz əlaməti olaraq, "Vanity Fair" ingilis jurnalının üz qabığı üçün birgə şəkil çəkdiriblər. Qara geyimdə poz verən məhşurların arasında bu ilki "Ən yaxşı aktrisa" mükafatına namizəd olan Cate Blanchett, Jennifer Lawrence, Brie Larson, Charlotte Rampling və Saoirse Ronan və başqaları olub.

Qeyd edək ki, bu yaxınlarda aktyor Will Smith də yaşananlara qarşı sərt mövqeyini bildirərək "Oskar" mərasiminə qatılmayacağını açıqlayıb.