Bakı polisi dələduzluq maddəsi ilə axtarışda olan 4 nəfəri tapıb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1958-ci il təvəllüdlü Elman Əliyev, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1959-cu il təvəllüdlü Sahib Əliyev, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Bəxtiyar Novruzov və Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Faiq Səfərov tutulub.
Faktlarla bağlı araşdırmalara başlanılıb.